İctimai birlik növbəti layihə ilə maddi-mədəni irsin öyrənilməsində bələdiyyələrin rolunun gücləndirəcək
““Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi may ayının birindən etibarən Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsinə start verir””- bu barədə Belediyye.infoya birliyin sədri Vüqar Cəfərov məlumat verib.
İctimai birliyin sədri bildirib ki, ölkəmizin doqquz rayon bələdiyyəsini əhatə
edən layihənin əsas ideyası rayon ərazilərindəki
maddi-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliğinin təşkilində bələdiyyələrin
işinin efektiv qurulmasına nail olmaqdır. Bununla yanaşı əsas məqsəd bu istiqamətdə
bələdiyyələrin işinin səmərəli təşkili üçün yerli özünüidarəetmə orqanlarına yardımçı
olmaq, habelə bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsini və idarəetmə
keyfiyyətinin yüksəldilməsinə yardımçı olmaqdır.
Bunun üçün layihə çərçivəsində Masallı, Yardımlı, Cəlilabad,
Siyəzən, Şabran Quba, Xaçmaz, İsmayıllı və Oğuz rayon bələdiyyələrində görüşlərin
keçirilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində bələdiyyələrə maddı-mədəni
irs abidələrinin öyrənilməsi, qorunması və təbliği istiqamətində inkişaf etmiş
ölkələrin təcrübəsi barədə danışılacaqdır.
Keçiriləcək görüşlərdə əsasən yeni aşkarlanan
tarixi mədəni abidələrin qeydə alınması, mövcud abidələrin bərpası, mühafizəsi
və qorunması istiqamətində görüləcək işlər barədə, eyni zamanda tarixi-mədəni
abidələrin təbliği istiqamətində məlumat lövhəsi vurulmamış abidələrin
siyahılaşdırılması və məlumat lövhəsinin
vurulmasına nail olunması istiqamətində addımlar atılacaqdır. Bununla yanaşı tarixi
mədəni abidələrin əhali və turistlər arasında təbliği işlərinin təşkili və gələcəkdə
keçiriləcək tədbirlərin və festivalların müasir informasiya texnologiyalarından
istifadə etməklə təşkili üçün zəmin hazırlanmasına nail olunacaqdır.
Eyni zamanda layihənin icrası tarixi mədəni
abidələri turizm məqsədi ilə istifadəsi zamanı bələdiyyələr tərəfindən həyata
keçiriləcək işlərə yardımçı olacaqdır.
Dörd ay ərzində davam edəcək layihənin gedişi barədə
məlumat həm media orqanlarında, həm də “Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai birliyin internet resursu olan Belediyye.info portalında, YouTUBE
kanalında və digər media orqanlarında paylaşılacaqdır.
İctimai birliyin üzvləri inanır ki, həyata keçiriləcək
növbəti layihə öz növbəsində bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində
rolunun gücləndirilməsində öz müsbət töhvəsini vermiş olacaqdır.
Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət
qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin
fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.
Belediyye.info
Rəylər
0 Rəy